“Yuventus”a ona görə qayıtdım” – Buffon
14 fevral 2020 18:19 (UTC +04:00)

“Yuventus”a ona görə qayıtdım” – Buffon

 

“Yuventus”un qapıçısı Canluici Buffon maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, 42 yaşlı qolkiper Turin klubuna qayıtması və hələ də karyerasını bitirməməsinin səbəbini açıqlayıb.

“Futbol oynamağa davam edirəm. Çünki hələ də komandama xeyir verəcək gücdə olduğumu düşünürəm. “Yuventus”a döndükdən sonra motivasiyam daha da artıb. Kriştianu Ronaldo ilə bir komandada oynamaq əla hissdir. O, inanılmaz futbolçudur. Etiraf edim ki, “Yuventus”a qayıtmaq səbəblərimdən biri də Ronaldodur. Onunla birlikdə məşq etmək sıradan bir şey deyil”, - deyə Buffon bildirib.

Qeyd edək ki, C.Buffon A Seriyasının cari mövsümündə 7 oyunda meydana çıxıb.

# 2911
avatar

Rizvan Babayev

Oxşar yazılar