"Həyatda kişi kimidirlər, axşam 11-dən sonra “kalqotka” geyinirlər"
14 fevral 2020 10:27 (UTC +04:00)

"Həyatda kişi kimidirlər, axşam 11-dən sonra “kalqotka” geyinirlər"

Prodüser Tolik (Tarix Əliyev) qalmaqallı açıqlama verib.

Lent.az-ın məlumatına görə, prodüser “Hər şey daxil”də bildirib ki, bəzi kişilər normal həyat tərzi yaşamır:

"Mən burada necəyəmsə həyatda da eləyəm. Vay o kişilərin halına ki, həyatda kişi kimidirlər, axşam 11-dən sonra “kalqotka” geyinirlər, mən onlardan deyiləm. Mənim qorxum yoxdur. Mən Heydər Əliyev Sarayında qadın paltarı geyinmişdim, Röyanın güya ki, "bibisi" obrazında. Mən Rafaelnən Coşqundan artıq kişi deyiləm. Onlar əgər bu obrazı yaradırlarsa, utanmırlarsa, mən də edərəm. Vay gizli iş çevirən kişilərin halına”.

# 4309
avatar

Yalçın UĞUR

Oxşar yazılar