Bakıda maşın oğrusu tutuldu
13 fevral 2020 13:01 (UTC +04:00)

Bakıda maşın oğrusu tutuldu

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 950
avatar

Mehman Nəbiyev

Oxşar yazılar