773
13:07
13 Fevral 2020

Sürüşmə zonalarındakı son vəziyyət - RƏSMİ

Azərbaycan ərazisində sürüşmə ehtimalı olan yerlərdə hazırda vəziyyət sabitdir.

Bunu Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, xidmətin əməkdaşları bütün bölgələrdə araşdırmalar aparır.

O bildirib ki, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində vəziyyət stabil gərgin olaraq qalır.

Ə.Qaralovun sözlərinə görə, fevralın 14-də müvafiq qurumlarla birlikdə Nübar qəsəbəsi və Zəli gölü ətrafına baxış keçiriləcək: “Müşahidələrdən sonra ərazilərdəki vəziyyətlə bağlı açıqlama veriləcək”.