1165
08:39
13 Fevral 2020

Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 48 mini keçib

Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 48,2 mini keçib, 3441 nəfər sağalaraq xəstəxananı tərk edib, 1310 insan isə bu virusdan dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə regionun səhiyyə komitəsi məlumat yayıb.

Bildirilir ki, əyalətdə 14840 yeni yoluxma və ölüm faktı qeydə alınıb. Xəstəxanalarda ümumilikdə 33 mindən çox insan yerləşir, onlardan 5647 nəfəri ağır vəziyyətdədir.

Ümumilikdə Çin ərazisində isə koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883, bu virusdan ölənlərin sayı isə 1368 nəfərə çatıb. Ötən gün ərzində 254 ölüm faktı baş verib.

Çin silahlı qüvvələrinin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədri, Çin Xalq Respublikasının Sədri Si Cinpinin əmri ilə müxtəlif hərbi hospitallardan əlavə 2 min 600 tibb işçisi Uhan şəhərinə ezam olunacaq. Beləliklə, Uhana ezam olunun hərbi tibbi personalın sayı 4 min nəfəri ötəcək.