2396
10:33
10 Fevral 2020

Qarabağ qazisi vəfat etdi

Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib.

Bu barədə APA -ya qazinin qardaşı Vüqar Hacıyev məlumat verib. Onun sözlərinə görə, Qoşqar Hacıyev müalicə aldığı "Ege Hospital"da dünyasını dəyişib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlunun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, xaricdə də həyata keçirilib. O, ilk dəfə 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.