241
10:06
09 Fevral 2020

ATƏT PA-nın müşahidəçisi: "10-12 məntəqədə müşahidə aparacağıq"

"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq".

Bunu APA -ya açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.

Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Yekun nəticələr barədə danışmaq hələ tezdir, çünki səsvermə yeni başlayıb".