Bakıda itkin düşən yeniyetmə tapıldı
06 fevral 2020 19:48 (UTC +04:00)

Bakıda itkin düşən yeniyetmə tapıldı

Bakıda itkin düşən oğlan tapılıb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 1 A, mənzil 80 ünvanında yaşayan Eminova Kəmalə Fazil qızı Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu 17 yaşlı Eminov Kamal Rasim oğlu "20 Yanvar" metro stansiyasının yanına getmək adı ilə  fevralın 3-də evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. 

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Eminov Kamal Rasim oğlu  sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar