Yaponiyada koronavirusa yoluxanların sayı 14-ə çatdı
30 yanvar 2020 19:20 (UTC +04:00)

Yaponiyada koronavirusa yoluxanların sayı 14-ə çatdı


Yaponiyada yeni koronavirusa yoluxanların sayı 14-ə çatıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, son bir ayda bütün xəstələr koronavirusun episentri hesab edilən Çinin Uhan bölgəsini ziyarət ediblər.

Qeyd edək ki, son məlumatlara görə, Çində yeni  növ koronavirus səbəb olan sətəlcəm xəstələrinin ümumi sayı 7 711-ə çatıb, onlardan 170-i ölüb. Xəstəlik Çindən başqa Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Finlandiyada da qeydə alınıb.

# 1112
avatar

Oxşar yazılar