Azərbaycanda problemli kreditlərin həcmi azalıb
30 yanvar 2020 15:39 (UTC +04:00)

Azərbaycanda problemli kreditlərin həcmi azalıb


Bu il yanvarın ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 273,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 137,3 mln. manat və ya 9,7% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, illik müqayisədə isə problemli kreditlərin həcmi 311,9 mln. manat və ya 19,7% azalıb.

Hesabata əsasən 1 yanvar 2020-ci il tarixinə problemli kreditlərin cəmi iqtisadiyyata kredit qoyuluşunda xüsusi çəkisi 8,3% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911

Oxşar yazılar