518
10:47
30 Yanvar 2020

Bu ay qazdan zəhərlənənlərin sayı AÇIQLANDI

Yanvarın əvvəlindən 29-dək olan müddətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə fiziki durumundan narahatlıq keçirən 100-dən çox insan müraciət edib. Onlardan yalnız 36 nəfərdə dəm qazı zəhərlənməsi diqanozu təsdiqini tapıb.

Bu barədə Lent.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, dəm qazından zəhərlənmələrə dair yayılan əsassız xəbərlərə aydınlıq gətirmək üçün Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibə verib. O, bildirib ki, bu insanlar müalicə tədbirləri görüldükdən sonra evə buraxılıblar. Bir çox hallarda isə ürək, şəkərli diabet və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar da hamam otağında narahatlıq keçirərkən dəm qazından zəhərləndiklərini zənn ediblər.

A.Maqsudovun sözlərinə görə şöbəyə 10-12 xəstə daxil olduğu günlərin statistikası bəzi hallarda dəqiqləşdirilmədən şişirdilir.