“Mançester Yunayted” Sançeslə bağlı qərar verdi
28 yanvar 2020 11:12 (UTC +04:00)

“Mançester Yunayted” Sançeslə bağlı qərar verdi


“Mançester Yunayted” rəhbərliyi “İnter”də icarə əsasında çıxış edən futbolçuları Aleksis Sançeslə bağlı qərar verib. 

Lent.az-ın məlumatına görə, “mankunianlar” çilili hücumçunu yayda satmayacaqlar.

Sançesin “İnter”lə icarə müqaviləsinin müddəti cari mövsümün sonunadəkdir. İngilislər yayda Sançesi geri qaytaracaqlar. “Mançester Yunayted” rəhbərliyinin fikrincə, Aleksis qayıdışından sonra “qırmızı şeytanlar”ın heyətində özünü yaxşı tərəfdən göstərə biləcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu “İnter”in heyətində ümumilikdə 6 oyun keçirib və 1 qola imza atıb.

 

# 1354
avatar

Rizvan Babayev

Oxşar yazılar