ABŞ-ın Alabama ştatında yanğın zamanı 8 nəfər ölüb
28 yanvar 2020 08:01 (UTC +04:00)

ABŞ-ın Alabama ştatında yanğın zamanı 8 nəfər ölüb

 

ABŞ-ın Alabama ştatının Skottsboro şəhərindəki qayıq dokunda baş vermiş yanğın zamanı azı səkkiz nəfər ölüb.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “NBC” televiziya şirkəti məlumat yayıb.

“Hazırda səkkiz nəfərin öldüyünü təsdiqləyə bilərik”, - deyə şəhər yanğınsöndürmə idarəsinin rəisi Cin Niklaus bildirib.

Onun sözlərinə görə, hazırda gəmilərin içərisində neçə nəfərin olduğunun müəyyənləşdirilməsi işləri görülür. Yanğın nəticəsində, ilkin məlumatlara görə, 35 gəmi yanıb.

# 754
avatar

Oxşar yazılar