Sumqayıtda hamamda ölüm hadisəsi baş verib
26 yanvar 2020 23:13 (UTC +04:00)

Sumqayıtda hamamda ölüm hadisəsi baş verib

 

 

 

Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Niyazi küçəsində fəaliyyət göstərən hamamda baş verib. 

1979-cu il təvəllüdlü şəhər sakini Abdullayev Sənan Tasin oğlu qəflətən dünyasını dəyişib. 

İlkin ehtimala görə, 41 yaşlı kişi yüksək dozada narkotik qəbul etdiyindən ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 4720
avatar

Oxşar yazılar