Rusiyada 2 azyaşlı qız buzun qırılması nəticəsində çayda boğulub
26 yanvar 2020 22:10 (UTC +04:00)

Rusiyada 2 azyaşlı qız buzun qırılması nəticəsində çayda boğulub

 

Rusiyanın Kursk şəhərində 2009 və 2010-cu il təvəllüdlü 2 qız Seym çayı üzərində buzun qırılması nəticəsində suya düşərək boğulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb. 

Hadisə bu gün yerli vaxtla saat 15:58-də şəhərin Volokno mikrorayonunda qeydə alınıb.

Xilasetmə qrupunun dalğıcları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində uşaqların cəsədləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.

# 1502
avatar

Oxşar yazılar