Bakı sakinindən külli miqdarda narkotik götürüldü
24 yanvar 2020 19:26 (UTC +04:00)

Bakı sakinindən külli miqdarda narkotik götürüldü

 

Bakıda 2 kiloqramdan çox heroin dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş T.Əhmədovun ətrafında Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Ümid qəsəbəsi ərazisində gizlətdiyi 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 3300
avatar

Mehman Nəbiyev

Oxşar yazılar