Sərhədçilər şübhələndikləri avtomobildən narkotik aşkarladı
23 yanvar 2020 16:56 (UTC +04:00)

Sərhədçilər şübhələndikləri avtomobildən narkotik aşkarladı

Sərhədçilər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıblar.

DSX mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar 18-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu ağ rəngli “AzSamand” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan 37 yaşlı Bakı şəhər sakini Əhmədov Anar Kərəm oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kq 980 qram narkotik vasitə (2 kq 115 qr “marixuana” və  və 865 qram “tiryək”) aşkar olunaraq götürülüb.
 
A.Əhmədovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobildə olan digər iki nəfər şəxs hadisə yerindən qaçmağa cəhd göstərmiş, lakin təqib edilərək saxlanılıblar. “AzSamand” markalı avtomobildə saxlanılan şəxslər özlərini Bakı şəhər sakini 21 yaşlı Niftəliyev İlkin Gəray oğlu və Gəncə şəhər sakini 30 yaşlı Məmmədova Məftunə Xudayat qızı kimi təqdim edərək, əraziyə narkotik vasitələri aparmaq məqsədilə gəldiklərini bildiriblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1083
avatar

Mehman Nəbiyev

Oxşar yazılar