“Liverpul”dan “Real”ın futbolçusuna təklif
23 yanvar 2020 13:05 (UTC +04:00)

“Liverpul”dan “Real”ın futbolçusuna təklif

 

Madrid “Real”ının futbolçusu İsko karyerasını İngiltərədə davam etdirə bilər.
 
Lent.az-ın məlumatına görə, ispan yarımmüdafiəçi “Liverpul”un maraq dairəsinə düşüb.

“Mersisaydlılar”ın baş məşqçisi Yurgen Klopp rəhbərliklə söhbətində İskonun oyununu çox bəyəndiyini, onu komandasında görmək istədiyini bildirib. Təcrübəli mütəxəssisin fikrincə, “Real”ın üzvünün transferi baş tutsa, yarımmüdafiənin mərkəzində yaradıcılığı xeyli artıra bilərlər.

İngilislərin qarşı tərəflə danışıqlara başladığı bildirilir. “Real” rəhbərliyi İskonu satmağa razıdır. Ancaq keçidin baş tutması üçün “Liverpul” 70 milyon avro xərcləməlidir.

 

# 2799
avatar

Rizvan Babayev

Oxşar yazılar