ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb
23 yanvar 2020 06:43 (UTC +04:00)

ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb

 

Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının Korona şəhəri yaxınlığında yerləşən hava limanında kiçikhəcimli təyyarə qəzasında 4 nəfər ölüb. 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhər Yanğından mühafizə xidməti məlumat yayıb.

Xidmətin “twitter” səhifəsində qeyd edilib ki, qəzaya səbəb təyyarənin 302,8 litr reaktiv yanacağının alovlanması olub. Nəticədə 0,1 hektar ərazidə yanğın baş verib. 

Hadisənin səbəbləri araşdırılarkən məlum olub ki, təyyarə hava limanının hazırda fəaliyyəti dayandırılmış şərq hissəsində qəzaya uğrayıb.

 

# 794
avatar

Oxşar yazılar