İrandan bağırsağında narkotik keçirən saxlanıldı
21 yanvar 2020 18:04 (UTC +04:00)

İrandan bağırsağında narkotik keçirən saxlanıldı

Gömrükdən narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasında aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü, ümumi çəkisi 94 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 3 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar