1706
09:36
19 Yanvar 2020

Məşhur ifaçı plagiatda günahlandırılır

DOT təxəllüsü ilə tanınan reper Coş Stoun amerikalı pop ifaçı Ariana Qrandeni plagiatda günahlandırıb.

C.Stounun sözlərinə görə, A.Qrandenin “7 Rings” mahnısının bir hissəsi onun iki il əvvəl yazdığı “You need it, İ got it” kompozisiyasından köçürmədir.

Reper Nyu-York dairə məhkəməsi qarşısında mahnıdan ona çatası qonorar payının verilməsi, mahnının gələcəkdə səsləndirilməsinin və satışının qadağan olunması barədə iddia qaldırıb.

Qeyd edək ki, “7 Rings” mahnısı iki nominasiyada Grammi mükafatına namizəd irəli sürülüb. Grammi mükafatının 62-ci təqdimat mərasimi yanvarın 26-da Los-Ancelesdə keçiriləcək.

(AZƏRTAC )