Dünən yol qəzalarında 2 nəfər ölüb
16 yanvar 2020 11:59 (UTC +04:00)

Dünən yol qəzalarında 2 nəfər ölüb

 

 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili işlər orqanları yanvarın 15-də törədilən 32 cinayətin üstünü “isti izlər”lə açıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093

Oxşar yazılar