Bakıda qəfil ölən kişinin kimliyi məlum olub.
Lent.az-ın məlumatına görə, yol kənarında dünyasını dəyişən şəxsin 70 yaşlı paytaxt sakini Novruzov Arif Yusif oğlu olduğu müəyyənləşdirlib.
Fatkla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
***
Saat: 12:04
Bakıda ölüm hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 11 radələrində paytaxtın Yasamal rayonunda, “Günəş” petrolun yaxınlığında qeydə alınıb. Belə ki, 77 saylı marşrut avtobusunda səhhəti pisləşən 60-65 yaşlarında kişi sərnişinlərin köməyi ilə düşürdülüb. Ətrafdakıların yardımına baxmayaraq, yaşlı kişi yol kənarında qəfil ürək tutmasından dünyasını dəyişib.