Mikroavtobus aşdı, xəsarət alanlar var - YENİLƏNİB
14 yanvar 2020 11:36 (UTC +04:00)

Mikroavtobus aşdı, xəsarət alanlar var - YENİLƏNİB

Mingəçevirdə baş verən qəzada yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar. 

 

***

Saat 11:18

Mingəçevirdə mikroavtobus aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarə talıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031

Oxşar yazılar