Badamdardakı sürüşmə ərazisində son vəziyyət AÇIQLANDI
13 yanvar 2020 12:03 (UTC +04:00)

Badamdardakı sürüşmə ərazisində son vəziyyət AÇIQLANDI

“Badamdarda sürüşmə baş verən ərazidə vəziyyət gərgin-stabil olaraq qalmaqdadır. Ayın 9-u ilə müqayisədə ərazidə elə bir ciddi dəyişklik müşahidə olunmur”.

Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib.

O bildirib ki, Bakıda yağışların yağması ilə əlaqədar sürüşmə zonasında hələ ki bir dəyişiklik baş verməyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə ərazidə hansısa işin görülməsi məqsədəuyğun deyil.

# 747
avatar

Aygün İbrahimli

Oxşar yazılar