61 yaşlı kişi qazdan boğuldu
10 yanvar 2020 15:49 (UTC +04:00)

61 yaşlı kişi qazdan boğuldu

Zaqatalada 61 yaşlı kişi dəm qazından boğulub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Ömərxan Mollamohuma oğlu Makarovun meyiti yaşadığı evin vanna otağında aşkar edilib. Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1207

Oxşar yazılar