Britaniya Parlamentinin İcmalar Palatası "Brexit" sazişini təsdiqləyib
10 yanvar 2020 03:44 (UTC +04:00)

Britaniya Parlamentinin İcmalar Palatası "Brexit" sazişini təsdiqləyib

0

 

Böyük Britaniya Parlamentinin İcmalar Palatası ötən axşam ölkənin Avropa Birliyindən çıxmasına dair razılaşmanı təsdiqləyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun layihəsi Lordlar Palatası tərəfindən təsdiqlənərsə, Britaniya yanvarın 31-də Avropa Birliyini tərk edəcək.

330 deputat razılaşmanın lehinə, 321 deputat isə əleyhinə səs verib. Sənəd baxılması üçün yuxarı palatanın nəzərinə təqdim edilib, sonra isə kraliçanın razılığı alınmalıdır.

“Brexit”dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək bir keçid dövrü başlayacaq. Bu müddət ərzində London və Brüssel bütün sahələrdə gələcək əməkdaşlıq üçün formatlar hazırlamalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 890

Oxşar yazılar