11:58
08 Yanvar 2020

Türkiyə mətbuatı: “Fənərbaxça” Mahir Əmrəlini istəyir

“Qarabağ”ın və Azərbaycan yığmasının futbolçusu Mahir Əmrəli karyerasını “Fənərbaxça” klubunda davam etdirə bilər.

Lent.az -ın məlumatına görə, bu barədə Türkiyənin "Fanatik" qəzeti iddia irəli sürüb.

Bildirilir ki, mövsümün əvvəlində iranlı Allahyar Səyyadmaneşi transfer edib, sonra “İstanbulspor”a icarəyə verən “Fənərbaxça” rəhbərliyi indi də Mahirlə maraqlanır.

“Sarı-lacivərdlilər” bu keçidi qış “transfer pəncərəsi” bağlanana qədər həll etmək niyyətindədir.

Qeyd edək ki, “Bakı” klubunun yetirməsi olan Mahir Əmrəli 2015-ci ildən “Qarabağ”ın formasını geyinir. O, 2017-ci ildən Azərbaycan yığmasının da şərəfini qoruyur.

Dİgər xəbərlər