638
09:05
08 Yanvar 2020

64 yaşlı kişinin üstünə maşın düşdü - ölüb

Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanvarın 7-də axşam saatlarında Şəki şəhəri, A.Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Yunus Kamal oğlu Abdurəhmaov bədəninin müxtəlif hissələrinin küt travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki, Y.Abdurəhmanov özünə məxsus avtomobili təmir edən zaman ehtiyatsızlıqdan maşın onun üstünə düşüb. Nəticədə Y.Abdurəhmanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, Y.Abdurəhmanov aldığı xəsarətlərdən yanvarın 8-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.