16:58
05 Yanvar 2020

Bu ilin ən yaxşı aksesuarları - FOTOLENT

Bildiyiniz kimi Anna Wintour hardasa uşaqlığından ömrünü modaya həsr edib. Buna görə də Annanın moda haqqında dedikləri hər zaman qəbul edilir. O, bu dəfə aksesuar haqqında bəzi tövsiyələr verib.

Lent.az Türkiyə mətbuatına istinadən Annanın tövsiyələrini təqdim edir:

Böyük ölçülü eynəklər

Anna Wintour böyük ölçülü günəş eynəklərini, boyunbağısını və əl çantasını tez-tez dəyişməsə də bu onun trend olan aksesuarlar haqqında məlumatsız olduğunu göstərmir.

Orjinal parçalar

2020-ci ilin aksesuar tendensiyaları sualına cavab olaraq Wintour "Orjinal, təbii kətan parçalar bu ilıin dəbidir. Bu parçalara aksesuarlarda da üstünlük veriləcək '' cavabını verib.

İnci boyunbağılar

Fantastik dizayn ilə işlənmiş inci boyunbağılar bu mövsümün tendensiyalarındandır. Anna Wintourun əvəzolunmaz hesab etdiyi bu boyunbağıları demək olar ki, bir çox geyimlərlə istifadə etmək olar.

Torba modelli çantalar

"Bucket" adlandırılan torpa tipli çantalar artıq bir neçə ildir dəbdədir. Sözügedən çantalar bu il də Anna Wintourun trend aksesuar kolleksiyasına daxil edilib.

Dİgər xəbərlər