279 min nəfərdə müxtəlif xəstəliklər tapıldı - AÇIQLAMA
30 dekabr 2019 15:09 (UTC +04:00)

279 min nəfərdə müxtəlif xəstəliklər tapıldı - AÇIQLAMA

Bu il 18 yaşdan yuxarı əhalinin 74 faizi tibbi müayinələrdən keçirilib. 

Lent.az xəbər verir ki,, bu barədə Səhiyyə Nazirliyinin illik hesabatında qeyd olunub. 

Hesabatda bildirilib ki, müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb.

# 1073
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar