Ölkəyə qanunsuz dərman keçirmək cəhdi baş tutmadı
30 dekabr 2019 14:39 (UTC +04:00)

Ölkəyə qanunsuz dərman keçirmək cəhdi baş tutmadı

Azərbaycana qanunsuz dərman keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan özünün “Vaz-2105” markalı avtomobili ilə gələn Azərbaycan vətəndaşı “Samur” gömrük postunda saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan gödəkçənin hər iki qolunun içərisində gömrük nəzarətindən gizlədilən 2800 kapsul "Utrojestan 200 mq"və 18 flakon "Karipazim 350 PE", yük yerindəki əl çantasının içərisindən isə 30 ədəd paketdə "Ekselon 9.5 mq", 1 flakon "Kosopt 5 mq", 90 həb "Akatinol Memantin", 10 flakon "Korteksin 10 mq", 10 ampul "Meksidol 5 ml", 90 həb "Lamiktal 50 mq" və 60 həb "Xlorprotiksen Zentiva 50 mq" adlı dərman preparatları aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1139

Oxşar yazılar