Zorakılıqla üzləşən qadınlarla bağlı YENİ QƏRAR: İxtisas məhkəmələri yaradıldı
30 dekabr 2019 19:12 (UTC +04:00)

Zorakılıqla üzləşən qadınlarla bağlı YENİ QƏRAR: İxtisas məhkəmələri yaradıldı

Ailənin qorunması və qadına qarşı şiddətin qarşısının alınması üçün özəl ixtisas məhkəmələri yaradılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə ölkənin rəsmi dövlət qəzetində məlumat yayılıb. Bildirilir ki, Hakimlər və Prokurorlar Birliyi bu mövzuda təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə özəl ixtisas məhkəmələrinin yaradılmasına qərar verib. 20-dən az ailə məhkəməsi olan vilayətlərdə 1 mərkəzi ailə məhkəməsi, 20-dən çox olan yerlərdə isə 1 və 2 mərkəzi ailə məhkəməsi fəaliyyət göstərəcək. Ailə məhkəmələri olmayan şəhərlərdə isə belə problemlərə, sadəcə olaraq, 1-ci instansiya məhkəmələri baxacaq. Yeniliyə əsasən, məhkəməyə ailə problemilə bağlı müraciət edən qadınlar barəsində bir sıra tədbirlər görüləcək:

  • İş yerinin dəyişdirilməsi;
  • Ailə münaqişəsi ilə bağlı müraciət edən şəxsin yaşayış yerinin müvəqqəti dəyişdirilməsi;
  • Mülk bölgüsünün təşkili;
  • Şiddət və təhqirlərdən müdafiə olunması;
  • Birgə yaşayış yerindən uzaqlaşdırılıb, həmin evin müdafiə olunan şəxsə həvalə edilməsi;
  • Şəxsin iş yerində, evində və ya məktəbdə qorunması;
  • Şiddətə məruz qalmasa da, zərurət yarandığı halda müdafiə olunan şəxsi yaxınlarına, qohumlarına, hətta uşaqlarına belə yaxın buraxmamaq;
  • Şəxsi və ev əşyalarının qorunması;
  • Şiddət göstərənin müdafiə olunan şəxsi telefon və ya digər şəkildə narahat etməməsi.

Qeyd edək ki, 1 nömrəli Hakim və Prokurorlar Birliyinin sədri Halil Koç sosial şəbəkə vasitəsilə yeni qərara xeyir dua-verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar