Bu il Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub.
Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas əlavə olunub.
Bundan başqa, 2019-cu ildə transfer.edu.az portalı vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün ümumilikdə 3510 nəfər müraciət edib, onlardan 2646 nəfərin müraciəti müsbət cavablandırılıb.
Bu il həm də ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul qaydaları təsdiq olunub.
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-2020-ci ildə subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə bu imtiyazdan istifadə edərək təhsillərini davam etdirmək imkanı əldə ediblər.
Respublika və beynəlxalq olimpiada, incəsənət və idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olan 100 nəfər istedadlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.