Metro bayramda əlavə 1 saat da işləyəcək
26 dekabr 2019 11:07 (UTC +04:00)

Metro bayramda əlavə 1 saat da işləyəcək

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Qurumdan Lent.az-a verilən məlumata görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq, zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.

Qeyd edək ki, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-dək açıq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061

Oxşar yazılar