10:02
25 Dekabr 2019

Kriştianu Ronaldo futbol tarixinin yığmasından kənarda qalıb

Futbol tarixinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İspaniyanın “As” nəşri bütün dövrlərin “11-liy”ini müəyyənləşdirib.

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun ulduzu Kriştianu Ronaldo heyətdən kənarda qalıb. “Barselona”nın argentinalı forvardı Lionel Messi isə ön xətdə “Futbol kralı” Pele ilə tandem təşkil edib.

Qapıçı: Lev Yaşin (SSRİ);

Müdafiəçilər: Kafu (Braziliya), Bobbi Çarlton (İngiltərə), Frans Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya);

Yarımmüdafiəçilər: Yohan Kroyff (Niderland), Zinəddin Zidan (Fransa), Dieqo Maradona (Argentina), Alfredo di Stefano (Argentina/Kolumbiya/İspaniya);

Hücumçular: Pele (Braziliya), Lionel Messi (Argentina)

Dİgər xəbərlər