Parlament seçkilərinə görə yeni seçki məntəqələri yaradılacaq
20 dekabr 2019 17:18 (UTC +04:00)

Parlament seçkilərinə görə yeni seçki məntəqələri yaradılacaq

Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqələri yaradılır. 

APA-nın xəbərinə görə, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib. 

Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılmasına dair məsələ baxılaraq, 13 yeni məntəqənin yaradılması ilə bağlı qərar qəbul olunub. 

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, növbədənkənar parlament seçkilərində yeni yaradılacaq seçki məntəqələri də daxil olmaqla 5575 məntəqə olacaq: “Seçki məntəqələrinin hamısında lazımi şərait yaradılacaq ki, Azərbaycan vətəndaşları öz hüquqlarından istifadə edə bilsinlər”.

MSK sədri həmçinin deyib ki, missiyalarını layiqincə yerinə yetirmələri üçün müşahidəçilər üçün də lazımı şəraitin yaradılacağını vurğulayıb.

# 1166
avatar

Oxşar yazılar