Ceyms Bondun sevgilisi vəfat etdi
20 dekabr 2019 13:06 (UTC +04:00)

Ceyms Bondun sevgilisi vəfat etdi

 

Fransız aktrisa və model Klodin Oje vəfat edib.

APA-nın "ria.ru"ya istinadən verdiyi xəbərə görə, 79 yaşlı aktrisanın ölüm səbəbi məlum deyil.

K.Oje 1958-ci ildə “Dünya gözəli” müsabiqəsində Fransanı təmsil edib. 1965-ci ildə isə superagent Ceyms Bond silsiləsindən olan “İldırım topu” filmində Bondun sevgilisini canlandırıb. 

O, “Qırmızı və qara”, “Dərimizdəki duz”, “Qanlı körfəz” və başqa filmlərdə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488

Oxşar yazılar