Naxçıvanlı alimlərdən yeni tapıntı - YENİLİK
18 dekabr 2019 11:59 (UTC +04:00)

Naxçıvanlı alimlərdən yeni tapıntı - YENİLİK

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları Darıdağ sürmə filizi 1073-1173K temperaturda əridib və təmiz metallik sürmə alınıb.

Bölmədən Lent.az-a verilən məlumata görə, müxtəlif xassəli bu materiallar maşın və mexanizmlər üçün akkumulyatorların, xüsusi xassəli poladların, mətbəə şiriftlərinin, elektrik kabel örtüklərinin, turşuya davamlı boruların istehsalında və hərbi sənayedə geniş istifadə edilir. Amorf sürmənin özündən isə kosmetik vasitə kimi istifadə edilən “koxl” və “kajal” adlı məhsulların hazırlanmasında, eyni zamanda gözlərin müalicəsində tətbiq olunur. Darıdağ sürmə filizinin tərkibi, təqribən 50 faiz antimonitdən (sürmə(III) sulfiddən), 20 faiz sürmə oksiddən və digər qarışıqlardan ibarətdir.

Tədqiqatların davamı kimi sürmənin süzüntüsündən ikinci məhsul olaraq natrium aluminium zəyi alınıb. Bu kimyəvi məhsuldan əsasən sənaye sularının təmizlənməsində, tərəvəz, meyvə, eləcə də balıq əti konservilərinin  hazırlanmasında  konservant,  tibbdə qankəsici və damar yandırıcı kimi istifadə edilir. Həmçinin parçaların boyanmasında, kağız məmulatlarının yapışdırılmasında, dəri və xəzlərin aşılanmasında işlədilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411

Oxşar yazılar