17:33
16 Dekabr 2019

Azərbaycana avtomobil idxalı kəskin artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 39 988 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 76,1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 36 061 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 76,5% artıb.

Bundan başqa, yanvar-noyabrda ölkəyə 3 261 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 68,3% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 494 ədəd (artım təxminən 2,1 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 172 ədəd (artım 53,6%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Dİgər xəbərlər