Qidaların kalorisini bilsək, nə qədər çox yeyərdik?
16 dekabr 2019 19:56 (UTC +04:00)

Qidaların kalorisini bilsək, nə qədər çox yeyərdik?

“Yemək qutularının üzərində insanın bu qidanı qəbul zamanı aldığı kaloriləri əritmək üçün nə qədər idman etməli olduğu yazılmalıdır” 

Lent.az BBC-yə istinadən xəbər verir ki, bu fikri Britaniya alimləri açıqlayıb.

Onların qənaətinə görə, bir pizzadan alınan kalorini əritmək üçün dörd saat yerimək və ya bir kiçik qutu şokoladın kalorisini əritmək üçün 22 dəqiqə qaçmaq lazım gəldiyi nəzərə alınarsa, bu, qidaların enerji dəyəri haqqında maariflənməyi zəruri edir.

Kəşfiyyat tədqiqatları göstərir ki, qidaların üzərindəki etiketlər insanlara daha az həzz verəcək.
Məqsəd isə piylənmə ilə mübarizə aparmaq üçün sağlam yemək vərdişlərini təşfiq etməkdir.

14 araşdırmaya əsaslanan Louqboroq Universitetinin tədqiqatçıları qidaların üzərindəki etiketlərin insanın günlük qida qəbulunu təxminən 200 kalori azaldacağını düşünürlər.

Tədqiqatçılar Epidemiologiya və İcma Sağlamlığı jurnalında deyirlər ki, bu, çox görünməyə bilər, lakin piylənmə səviyyəsinə təsir göstərəcək.

Aparıcı tədqiqatçı professor Amanda Daley deyir: 

"Biz cəmiyyətin nə yediyi ilə bağlı yaxşı qərar verməsinin müxtəlif yolları ilə maraqlanırıq, eləcə də, onların daha çox fiziki aktivliyininə çalışırıq".

Onun sözlərinə görə, bir çox insanlar konkret qidalardan alınan kaloriləri əritmək üçün nə qədər fiziki hərəkət lazım olduğunu biləndə təəccüblənəcəklər:

"Biz bilirik ki, insanlar müntəzəm olaraq qidaların kalorilərini daha aşağı qiymətləndirirlər. Əgər sən şokoladlı maffin keksini alırsansa, bu, 500 kaloridir və onu əritmək üçün 50 dəqiqə qaçmaq lazımdır".

Professor deyir ki, bu üsul pəhriz saxlamaq üçün yox, insanları maarifləndirmək üçündür:

"Bu, insanları qəbul etdikləri qidaların enerji dəyəri haqqında maarifləndirmək üçündür. İnsanlar özlərinə "mən həqiqətən də bu şokoladlı keksi əritmək üçün iki saat xərcləmək istəyirəmmi? Və yaxud “şokoladlı keks buna dəyərmi" suallarını verə bilərlər".

Kalori haqqında ümumi məlumat:

- Qida və ya içkidəki enerji dəyəri kalori ilə ölçülür

- Bədənimizin işləməsi üçün kaloriyə ehtiyacı var

- Həddindən artıq çox yemək və bu kaloriləri əritməmək artıq çəkililiyə gətirib çıxarır

- Hər gün bir az çox yesək belə bədən onu yağ qismində saxlayır

- İnsanların gündəlik kalori ehtiyacı kişilər üçün 2500, qadınlar üçün isə 2000-dir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629

Oxşar yazılar