"Windows 7" üçün 200 dollar qarşılığında MÜKƏMMƏL TƏKLİF
16 dekabr 2019 19:16 (UTC +04:00)

"Windows 7" üçün 200 dollar qarşılığında MÜKƏMMƏL TƏKLİF

"Windows 7" üçün əsas texniki yenilənmələr dayandırılsa da istifadəçilər hələ də bu sistemi işlətməyə davam edir.

Lent.az "technote"a istinadən xəbər verir ki, nəinki istifadəçilər, hətta korporativ şirkətlərdə belə hələ də "Windows 7" əməliyyat sistemi istifadə olunur.

"Microsoft" hər nə qədər "Windows 10"a keçməyi istifadəçilərə məsləhət görsə də, "Windows 7"nin stabilliyi insanları özünə cəlb edir. Bu səbəbdən "Microsoft" şirkəti "Windows 7" üçün 2023-ə qədər dəstək verə biləcək yeni bir paket təqdim edib.

ESU adı verilən yeni xidmət "Windows 7"nin 2023 ilinə qədər təhlükəsizlik yenilənmələrini almasını mümkün edir. Bu xidmətdən yararlanmaq üçün 200 dollar verməli olacaqsınız.

ESU açılışı "Extendet Security Updates" olan "Genişləndirilmiş Təhlükəsizlik Yenilənmələri" mənasını verir. Əvvəldən bilinən məlumatlara görə 14 yanvar 2020-də "Windows 7" üçün texniki dəstək sonlandırılacaq. Lakin ESU xidməti hesabına istifadəçilər "Windows 7"ni 2023-ilinə qədər istifadə edə biləcəklər. İşin pis tərəfi isə odur ki, bu xidmətdən hər kəs yararlana bilməyəcək. İstifadə edə bilmək üçün korporativ şirkət və ya ən azından şəxsi biznesiniz olmalıdır. Bunlar olduğu halda 200 dollar qarşılığında Windows 7 Pro versiyasını 3 il müddətinə istifadə edə biləcəksiniz. Yəni ƏS bütün təhlükəsizlik yenilənmələrini alacaq. Həmçinin qeyd edək ki, bu qiymət sadəcə bir komputerə aiddir. 

# 1275
avatar

Oxşar yazılar