Nyu-Dehlidə baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb
14 dekabr 2019 22:06 (UTC +04:00)

Nyu-Dehlidə baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb

Hindistan paytaxtının şimalında baş verən yanğında azı 3 nəfər ölüb, daha dörd nəfər yaralanıb.

APA yerli “NDTV” telekanalına istinadən məlumat verir ki, yanğın Şalimar-Baqx rayonundakı yaşayış binalarının birində baş verib.

Məlumata görə, ölənlərin hamısı qadındır. Üç uşaq da daxil olmaqla altı nəfər yanğından xilas edilib.

Əraziyə yeddi yanğınsöndürmə briqadası gəlib, yanğın söndürülüb. Hadisənin səbəbləri dəqiqləşdirilir.

# 950
avatar

Oxşar yazılar