Soyuq havalarda üz dərisinə necə qulluq etməliyik?
15 dekabr 2019 19:15 (UTC +04:00)

Soyuq havalarda üz dərisinə necə qulluq etməliyik?

Soyuq aylarda qan dövranı azalır və dəri həssaslaşır. Buna görə də qış aylarında havanın soyuq olması, dərinin qurumasına və bir çox problemlərə yol açır. 

Bəs soyuq havalarda üzə xüsusi olaraq necə qulluq etmək olar? 

Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan kosmetoloq Nərmin Kərimova bildirib ki, soyuq havalarda dərinin təravətli qalması üçün qidaya da diqqət etmək mütləqdir:

“Hər fəslə görə dəriyə qulluq qaydaları var. Soyuq aylarda dəridə daha çox quruluq baş verdiyi üçün, nəmləndirici kremlərdən istifadə etmək lazımdır. Ancaq bununla yanaşı həm də qida rasionuna diqqət etmək lazımdır. Belə ki, soyuq aylarda vitaminlər qəbul edilməli, bolca göyərti yeyilməlidir. Eyni zamanda soyuqda üzü tez-tez və isti su ilə yumaq da dərinin qurumasına gətirib çıxarır. Buna görə də, üz dərisini nəmləndirici lasyonla silmək və soyuq havanın dəriyə az təsir etməsi üçün tərkibində günəşdən qoruyan özəlliyi olan kremlərdən istifadə etmək məsləhətdir”. 

# 1848
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar