Rusiyalı idmançılarının sanksiyaları sərtləşdirilməyəcək
12 dekabr 2019 14:08 (UTC +04:00)

Rusiyalı idmançılarının sanksiyaları sərtləşdirilməyəcək

 

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İdmançılar Komissiyası Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə nail olmayacaq.

Apasport.az saytının məlumatına görə, komissiya üzvləri rusiyalı atletlərin beynəlxalq yarışlardan tamamilə kənarlaşdırılması üçün İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya verilməsi variantı barədə düşünmür.

İdmançılar Komissiyası növbəti cari telekonfransı zamanı WADA-nın İcraiyyə Komitəsinin şimal qonşumuzla bağlı qərarı ilə bağlı fikir mübadiləsi aparıb. Müzakirələr zamanı bildirilib ki, sanksiyaların sərtləşdirilməsi ilə bağlı CAS-a müraciətin ünvanlanması barədə məlumatlar həqiqətdən uzaqdır. Belə bir apelyasiyanın verilməsi komissiyanın planların daxil deyil.

Qeyd edək ki, WADA rusiyalı idmançıları 4 il müddətində Olimpiada, Paralimpiada və dünya çempionatlarında öz bayraqları altında yarışmaq hüququndan məhrum edib. Həmçinin şimal qonşularımız bu müddətdə beynəlxalq yarışlar keçirə, bunun üçün sifariş verə bilməyəcək.

# 1001
avatar

Oxşar yazılar