Məşhur sənətçi bacısını həbs etdirdi - FOTOLENT
09 dekabr 2019 17:18 (UTC +04:00)

Məşhur sənətçi bacısını həbs etdirdi - FOTOLENT

Türkiyənin tanınmış oriental rəqqasəsi Didem ailəsi ilə bağlı maraqlı açıqlamalar verib.

Lent.az Türkiyə mətbuatına istinadən sənətçinin ailəsi ilə bağlı fikirlərini təqdim edir:

“11 yaşımdan işləməli oldum. Pavilyonda işləyirdim, həmin vaxtlar özümü qorudum. Çox çətin günlər idi. Anamı günahlandırmıram o da öz anasından elə görüb. Bir insan pulu sevdisə, nə analıq nə də başqa bir şey gözü görmür. 26 yaşlı qardaşım var heç yerdə işləmir. Çox sevirəm onu, amma danışmaq istəmirəm onunla, çünki  pis vərdişləri var. Bacım da artıq böyük qızdı, amma onun da düzgün bir həyatı yoxdur, narkotik alüdəçisi idi. Polisə zəng edib dəfələrlə onu şikayət etdim. Hazırda istifadə etmir deyə düşünürəm. Onlar üçün ev almışam özüm isə kirayədə yaşayıram. Uşaqları çox sevirəm amma ana olmaq məni qorxudur. Uşağıma gözəl bir gələcək verə bilməməkdən qorxuram”. 

# 14342
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar