Bu tarixlərdə Günəşin fəallığı çox aşağı olacaq - Rəsədxana
09 dekabr 2019 14:00 (UTC +04:00)

Bu tarixlərdə Günəşin fəallığı çox aşağı olacaq - Rəsədxana

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan APA-ya verilən məlumata görə, hesabat dövründə kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Peyk görüntülərində Yerə doğru yönələn digər tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyinin sürəti 350 km/san-dək olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.

Proqnoz dövründə (09 - 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Birinci gün Günəş küləyi parametrlərinin ədədi qiymətlərində  mənfi qütblülüyə malik olan geoeffektiv tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti hesabına nisbətən artma proqnozlaşdırılır.

9 - 11 dekabrda geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 9 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

# 1061
avatar

Oxşar yazılar