Hindistanda zavodda yanğın nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB
08 dekabr 2019 09:41 (UTC +04:00)

Hindistanda zavodda yanğın nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB

Hindistanın paytaxtı Yeni Dehlidə  zavodda baş vermiş yanğında ölənlərin sayı 43 nəfərə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə  ANI agentliyi məlumat yayıb.

08:51

Hindistanın Yeni Dehlidəki zavodlardan birində güclü yanğın baş verib. 

APA TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində 32 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Yerli “ANI” xəbər agentliyinin məlumatına görə, Yanğından Mühafizə İdarəsinin açıqlamasında qeyd olunub ki, alov geniş ərazini (təxminən 55 kvadratmetr) əhatə etməsə də, fəsadları ağır olub. Yanğın 27 yanğınsöndürmə briqadası tərəfindən bir neçə saat ərzində söndürülüb.

Ölənlərin sayının artacağı istisna edilmir.

 

# 1151
avatar

Oxşar yazılar