Müdafiə Nazirliyində hərbi attaşelərin illik toplantısı keçirilib
07 dekabr 2019 19:42 (UTC +04:00)

Müdafiə Nazirliyində hərbi attaşelərin illik toplantısı keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycana akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan idarə rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan ordusunda aparılan islahatlar, quruculuq işləri, hərbi-təhsil sistemi və bu sahədə əldə olunan nailiyyətlər, eləcə də beynəlxalq hərbi əməkdaşlığın prioritetləri və istiqamətləri haqqında məlumat verib, növbəti ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb.

Bakı Hərbi Attaşelər Assosiasiyasının Duayeni, Çin Xalq Respublikasının hərbi attaşesi baş polkovnik Çjan Tsunqo həmkarları adından toplantının keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıb.

 

 

# 1289
avatar

Aygün İbrahimli

Oxşar yazılar