427
12:42
06 Dekabr 2019

İstifadəyə yararsız külli miqdarda ət məhv edildi - FOTO

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında agentliyin əməkdaşları vətəndaş Əliyev Taryel Xosrov oğluna məxsus Sumqayıt şəhəri, 46–cı məhəllədə yerləşən ”Misiroğlu” heyvan kəsim məntəqəsinə baxış keçiriblər.

Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, heyvan cəmdəyinə (mal əti) orqanoleptik baxış zamanı heyvanın aqoniya halında kəsildiyi şübhəsi yarandığına görə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.

Analizin nəticələrinə görə mal əti istehlak üçün yararsız hesab olunub və heyvanın aqoniya halında məcburi kəsiminin aparıldığı təsdiqini tapıb. 227 kq istehlaka yararsız heyvan cəmdəyi Sumqayıt poliqonunda məhv edilib.